Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da narkotiklərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib

DGKA-da narkotiklərlə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş “Narkotiklərə “Yox”: Təhlükəsiz gələcəyin keşikçiləri” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Akademiyanın Əlavə təhsil şöbəsinin baş mütəxəssisi Yavər Məmmədova tərəfindən keçirilən tədbirdə tələbələrə narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə vurduğu zərərlər, onların qanunsuz dövriyyəsinin yaratdığı təhlükələr, eləcə də bu sahədə hüquqi məsuliyyət barədə ətraflı məlumat verilib.

Gənclərin hüquqi biliklərini artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədilə interaktiv formatda keçirilən tədbirin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.