Xəbərlər

Bütün xəbərlər

DGKA əməkdaşı Özbəkistanda beynəlxalq konfransda çıxış edib
30-31 oktyabr tarixlərində Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin Gömrük İnstitutunda “Gömrük tədqiqatları-2026: daha təhlükəsiz və firavan qlobal ticarət mühitinə aparan yol – təhlükəsizlik və operativlik arasında tarazlığın təmin edilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Dövlət Gömrük Komitəsinin Akademiyasını (DGKA) “Gömrük işi və idarəetmə” kafedrasının müdiri, i.ü.f.d., dosent Elvin Əlirzayev təmsil edib. Tədbirdə ATƏT, KOICA, JICA, ÜGT və digər beynəlxalq təşkilatların, eləcə də müxtəlif ölkələrin gömrük qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Konfransın açılış mərasimində Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Komitəsinin sədri, general-mayor Akmalxoca Mavlonov və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər. Açılış mərasimində dosent Elvin Əlirzayev də çıxış edərək konfrans iştirakçılarına Akademiya rəhbərliyinin salamlarını çatdırıb, iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrindən və onların gələcək inkişaf perspektivlərindən bəhs edib. Plenar iclasda Akademiyanın əməkdaşı “Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə edilmiş dəyişikliklərin təhlili” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. Məruzədə Məcəlləyə edilmiş dəyişikliklər, gömrük auditi və gömrük prosedurları ilə bağlı yeniliklər diqqətə çatdırılıb. Konfransın sonunda iştirakçılara və məruzəçilərə sertifikatlar təqdim olunub. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Özbəkistan Gömrük İnstitutu arasında 2023-cü ildə Qarşılıqlı Əməkdaşlığa dair Protokol imzalanıb. 2025-ci ildə isə tərəflər arasında 2026–2030-cu illər üzrə Fəaliyyət Planı təsdiq edilib. Plan çərçivəsində birgə elmi tədbirlərin, seminar və konfransların, onlayn və əyani mühazirələrin təşkili nəzərdə tutulub.

03.11.2026

Əməkdaşlıq

Elm öyrənmək heç vaxt gec deyil.

İbn Sina

Növbəti tədbirlər

  • 22 May - 23 May

    Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş Gənc tədqiqatçıların X beynəlxalq elmi konfransı

Sözlük

Fişinq -- (en. phishing, ru. фишинг, tr. yemleme) elektron fırıldaqçılığın bir növü. “Bulanıq suda balıq tutmaq” ifadəsinə eyham olaraq, ingiliscə password (parol) və fishing (balıq ovu) sözlərindən düzəldilib. Mahiyyəti spamerlər tərəfindən elektron poçt vasitəsilə məktub alanların kredit kartlarının nömrələrini, yaxud onlayn ödəniş sistemlərinə giriş parollarını ələ keçirmək cəhdindən ibarətdir. Belə məktublar, adətən, bank administrasiyasından gələn rəsmi məlumat kimi maskalanır. Həmin məlumatda bildirilir ki, məktubu alan özü haqqında məlumatı təsdiqləməlidir, yoxsa onun hesabı dondurulacaq. Məktubda spamerlərə məxsus saytın ünvanı göstərilir ki, ora daxil olub açılan formanı doldurmaq lazımdır. Elə həmin formada fırıldaqçılara lazım olan məlumatların da daxil edilməsi tələb olunur. Hiylənin başa düşülməməsi üçün yalançı saytın tərtibatı bankın rəsmi saytının tərtibatı ilə eyni olur.