Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələri Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak ediblər
DGKA tələbələri Xalq yazıçısı Çingiz Abdullayevlə görüşdə iştirak ediblər
Prezident Kitabxanasında Xalq yazıçısı Çingiz Abdullayevlə oxucuların görüşü keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Elmi işlər üzrə rəis müavini, prof. Cəmilə Namazova və Akademiyanın bir qrup tələbəsi də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, prof. Afət Abbasova yazıçının Azərbaycan ədəbiyyatının inkişafındakı rolu və dünya miqyasında qazandığı uğurlardan bəhs edib.
Görüşdə Çingiz Abdullayev yaradıcılıq yolu, detektiv janrı, süni intellektin ədəbiyyata təsiri və milli ədəbiyyatın beynəlxalq səviyyədə təbliği barədə fikirlərini bölüşüb.
İnteraktiv formatda keçirilən görüşdə DGKA tələbələri Xalq yazıçısına suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər.
Daha sonra kitab imzalanması mərasimi keçirilib. İştirakçılar Xalq yazıçısı Çingiz Abdullayevlə xatirə şəkilləri çəkdirib və onunla səmimi ünsiyyət qurmaq imkanı əldə ediblər.





