Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük əməkdaşları üçün növbəti ilkin peşə hazırlığı təlimləri başlayıb
Gömrük əməkdaşları üçün növbəti ilkin peşə hazırlığı təlimləri başlayıb
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük xidməti əməkdaşları üçün növbəti ilkin peşə hazırlığı təlimləri başlayıb. Bu münasibətlə təlim iştirakçıları ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov proqramın məqsədi və məzmunu barədə qısa məlumat verərək bildirib ki, təlimlər müasir tələblərə uyğun hazırlanıb və iştirakçıların bilik və bacarıqlarının inkişafına xidmət edir. O, gömrük sahəsində aparılan yeniliklərin əməkdaşlardan daha yüksək peşəkarlıq tələb etdiyini vurğulayıb.
Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov isə çıxışında iştirakçılara uğurlar arzulayıb, təlim müddətində əldə olunacaq biliklərin praktiki fəaliyyətdə mühüm rol oynayacağını qeyd edib. O, əməkdaşların peşəkar inkişafının, bilik və bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, iştirakçıları təlim müddətindən səmərəli istifadə etməyi tövsiyə edib.
Qeyd edək ki, təlimlər oktyabr ayının 12-dən noyabr ayının 20-dək davam edəcək.







