Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəhbərliyi, əməkdaşları və tələbələri Azərbaycanın Milli Qəhrəmanları- general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Rəşad Quliyev, Vətən müharibəsi qəhrəmanı, şəhid mayor Elçin Mansurov, mayor Malik Əliyev və digər şəhidlərimizin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov şəhidlərin ailələrinə başsağlığı verib, onlara səbir diləyib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!








