Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

DGKA-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub. Akademiyanın rəhbərliyi bu münasibətlə professor-müəllim heyətini və əməkdaşları təbrik edib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov professor-müəllim heyətini peşə bayramı münasibətilə təbrik edərək, savadlı və vətənpərvər gənclərin yetişdirilməsində müəllimlərin müstəsna rolunu vurğulayıb. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun təbriklərini də Akademiyanın professor-müəllim heyətinə və əməkdaşlarına çatdıran Qulu Novruzov müəllimlərə şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb.