Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub
Gömrük Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub
Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) üzrə yüksək göstərici qeydə alınıb. Belə ki, Akademiyanın magistratura səviyyəsi üzrə qəbul planı 100 faiz dolub.
Bu il Akademiyada magistratura səviyyəsinə “Beynəlxalq ticarət və logistika” ixtisasının “Gömrük işi”, “Hüquqşünaslıq” ixtisasının “Beynəlxalq iqtisadi hüquq”, “İnformasiya texnologiyaları” ixtisasının isə “İdarəetmədə informasiya sistemləri” ixtisaslaşmaları üzrə qəbul həyata keçirilib.\
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) magistratura səviyyəsinə qəbul olunan bütün bakalavrları təbrik edir, elmin və təhsilin növbəti pillələrində uğurlar arzulayırıq!