Baş səhifə
Xəbərlər
Akademiya
Türkiyə Respublikası Ticarət Nazirliyinin nümayəndələri Gömrük Akademiyasında olub

Türkiyə Respublikası Ticarət Nazirliyinin nümayəndələri Gömrük Akademiyasında olub

Türkiyə Respublikası Ticarət Nazirliyinin Gömrük Mühafizə Baş İdarəsinin nümayəndələri ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) görüş keçirilib.
Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iki qardaş ölkə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açaraq Akademiyanın fəaliyyət istiqamətləri barəsində məlumat verib.
Baş İdarənin rəis müavini Yaşar Baltacı gömrük sahəsində əməkdaşlığın, xüsusilə təcrübə mübadiləsi və kadr hazırlığı baxımından əhəmiyyətini qeyd edib.
Daha sonra Akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə müzakirələr aparılıb.
Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar.