Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın daha bir tələbəsi kibertəhlükəsizlik sahəsində uğurlu namizədlər arasında yer alıb

DGKA-nın daha bir tələbəsi kibertəhlükəsizlik sahəsində uğurlu namizədlər arasında yer alıb

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbəsi Fəxrəddin Məşədizadə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 8-ci tədris dalğası üzrə keçirilən seçim mərhələlərini uğurla başa vuraraq proqrama qəbul olunan 60 uğurlu namizəd sırasında yer alıb.
Tələbələr “Technion” İnkişaf və Araşdırma Fondunun professor-müəllim heyəti tərəfindən ingilis dilində keçirilən 6 aylıq intensiv təlimlər zamanı şəbəkə, proqramlaşdırma və əməliyyat sistemləri, kibertəhlükəsizlik sahəsində həm müdafiə, həm də hücum istiqamətləri üzrə öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
Təlimin yekununda iştirakçılar qiymətləndirmənin nəticələrinə uyğun olaraq “Technion” İnkişaf və Araşdırma Fondunun müvafiq sertifikatını əldə edəcəklər.
Qeyd edək ki, daha öncə də Akademiyanın 4 tələbəsi sözügedən təlimləri uğurla bitirərək müvafiq rəsmi sertifikata layiq görülmüşdür.