Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbəsi “Kiber Yay Məktəbi 2026”da iştirak edib

DGKA tələbəsi “Kiber Yay Məktəbi 2026”da iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) "İnformasiya təhlükəsizliyi" ixtisasının I kurs tələbəsi Xanimbacı Cabbarzadə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsində iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Mingəçevir Dövlət Universitetinin tərəfdaşlığı ilə 6–11 iyul tarixlərində Mingəçevirdə keçirilən düşərgədə ölkənin 60 regionundan 100-dən artıq artıq gənc iştirak edib.
İştirakçılar Blue Team və Red Team qruplarında şəbəkə və veb təhlükəsizliyi, kibermüdafiə, kibertəhdid kəşfiyyatı və OSINT üzrə nəzəri və praktiki təlimlərdə iştirak ediblər. Düşərgə çərçivəsində laboratoriya məşğələləri, interaktiv viktorinalar, komanda tapşırıqları və “Capture The Flag” – CTF kibertəhlükəsizlik yarışı da keçirilib.
6 günlük proqramın sonunda bağlanış mərasimində iştirakçılara və fəal könüllülərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Cyber Summer School 2026” layihəsi ölkədə kibertəhlükəsizlik sahəsində peşəkar kadr potensialının inkişafını, gənclərin bilik və bacarıqlarının artırılmasını, eləcə də beynəlxalq əməkdaşlığın təşviqini hədəfləyir.