Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın rəisi “Yay Fest 2026” çərçivəsində keçirilən panel müzakirədə iştirak edib

DGKA-nın rəisi “Yay Fest 2026” çərçivəsində keçirilən panel müzakirədə iştirak edib

Şamaxıda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən “Yay Fest 2026” çərçivəsində “Rəqəmsal Dövlət” düşərgəsində maarifləndirici panel müzakirəsi təşkil olunub. Paneldə Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirak edərək tələbələrlə görüşüb.
ATGTİ-nin sədri Rəşad Zeynalovun moderatorluğu ilə keçirilən müzakirədə Qulu Novruzov rəqəmsal transformasiya, süni intellekt və ali təhsilin inkişaf perspektivlərindən bəhs edib. O, gənclərin bilik və bacarıqlarının inkişafının ölkənin rəqabətqabiliyyətli insan kapitalının formalaşmasında mühüm rol oynadığını vurğulayaraq tələbələrə gələcək karyeralarında fəal və məsuliyyətli olmağı tövsiyə edib.
Paneldə Azərbaycan Dövlət Aqrar Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin rektorları, həmçinin ölkənin müxtəlif təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, təhsil, peşəkar inkişaf və gələcək karyera imkanları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.