Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələrinin İT sahəsi üzrə uğurları davam edir

DGKA tələbələrinin İT sahəsi üzrə uğurları davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri İT sahəsi üzrə növbəti beynəlxalq sertifikatlara layiq görülüblər. Belə ki, Akademiyanın “İnformasiya təhlükəsizliyi” ixtisasının tələbələri Mobil Mərdi beynəlxalq səviyyədə tanınan Certified Threat Hunting Professional (eCTHP) sertifikatını, Milana Suvarova CRTA (Certified Red Team Analyst) sertifikatını, Aqşin Bayramov C3SA (Certified Cyber Security Analyst) və BTF (Blue Team Fundamentals) sertifikatlarını, Cahangir Əliyev və “İnformasiya texnologiyaları” ixtisasının tələbəsi Ləman Əyyubova CCNA (Cisco Certified Network Associate) sertifikatını, həmin ixtisasın digər bir tələbəsi Kənan Əkbərov isə Oracle Certified Foundations Associate sertifikatını qazanıblar.
Qeyd edək ki, bu beynəlxalq sertifikatlar tələbələrin kibertəhlükəsizlik və şəbəkə təhlükəsizliyi sahəsində praktik bilik və bacarıqlarını təsdiqləməklə yanaşı, onların beynəlxalq peşəkar mühitdə tanınmasına da xidmət edir.
Xatırladaq ki, 2025/2026-cı tədris ili ərzində ümumilikdə 17 tələbəmiz İT sahəsi üzrə müxtəlif beynəlxalq sertifikatlar qazanıblar.