Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da layihə işlərinin müdafiəsi başlayıb

DGKA-da layihə işlərinin müdafiəsi başlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) IV kurs tələbələrinin layihə işlərinin müdafiəsi başlayıb. 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran “İnformasiya texnologiyaları” və “İnformasiya təhlükəsizliyi” ixtisaslarının tələbələrinin layihə işlərinin müdafiəsi keçirilib.
Layihə işləri Akademiyanın “İnformasiya texnologiyaları və texniki elmlər” kafedrasının dosenti Asif Qanbayevin sədrlik etdiyi Müdafiə Komissiyası tərəfindən qiymətləndirilib. Komissiyada Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Bakı Mühəndislik Universiteinin müəllimləri iştirak ediblər.
Müdafiənin açılışında Akademiyanın rəis müavini, prof. Cəmilə Namazova komissiya heyətini salamlayaraq müdafiə prosesi haqqında məlumat verib və Komissiyanın işinə uğurlar arzulayıb.
Tələbələr layihə işlərinin mövzularına uyğun olaraq, müxtəlif sahələr üzrə hazırladıqları layihələri, araşdırma və təhlilləri özündə əks etdirən təqdimatlarla çıxış edib komissiyanın suallarını cavablandırıblar.
Qeyd edək ki, növbəti həftələrdə 2025/2026-cı tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran "Hüquqşünaslıq", “İqtisadiyyat”, “Beynəlxaq ticarət və logistika” ixtisasları üzrə layihə işlərinin, magistratura səviyyəsi üzrə isə “Beynəlxalq iqtisadi hüquq” və “Gömrük işi” ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçiriləcək.