DGKA Bahar festivalında təmsil olunub
Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Balaxanı qəsəbəsində Novruz bayramı münasibətilə “Bahar festivalı” keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və müavinləri, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) əməkdaşları və tələbələri də iştirak ediblər.
Festival çərçivəsində rayonun təhsil və sosial xidmət müəssisələri tərəfindən hazırlanmış rəngarəng guşələr nümayiş olunub.
Eyni zamanda müxtəlif qurumların stendləri ilə yanaşı DGKA tərəfindən də xüsusi stend təşkil edilib. Stenddə Akademiyanın təhsil, elm və sosial-mədəni fəaliyyətini əks etdirən materiallar təqdim olunub.
Akademiya tələbələri ziyarətçilərə təhsil aldıqları ali təhsil müəssisəsi haqqında ətraflı məlumat veriblər.
Tədbir konsert proqramı ilə davam edib.





