28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra 28 May - Müstəqillik Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışıb, 108 il əvvəl qurulan cümhuriyyətin dövlətçilik ənənələrimizin davamı olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətimizin möhkəmləndiyini, Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkənin suverenliyinin tam bərpa olunduğunu qeyd edib və xalqımıza rifah, əmin-amanlıq arzulayıb.
Məruzəçi qismində çıxış edən Akademiyanın müəllimi, t.ü.f.d. Samir Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və dövlət quruculuğu sahəsində görülən işlərdən danışıb, Azərbaycanın bu gün AXC-nin varisi kimi ən güclü dövrünü yaşadığını vurğulayıb.
Daha sonra Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Əminə Əhmədova “Azərbaycanın İstiqlal Bəyannaməsi” mövzusunda məruzə ilə çıxış edib.
Sonda Akademiyanın beynəlxalq ticarət və logistika ixtisasının I kurs tələbəsi İsmayıl Dadaşzadə Nəriman Həsənzadənin “Azərbaycan” şeirini səsləndirib.









