Baş səhifə
Xəbərlər
Akademiya
Tədarük zənciri və anbar logistikasının strateji roluna dair master-klas keçirilib
Tədarük zənciri və anbar logistikasının strateji roluna dair master-klas keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələrin peşəkar biliklərinin artırılması məqsədilə “Tədarük zəncirinin idarə olunmasında anbar logistikasının strateji rolu” mövzusunda master-klas keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən “Gömrük işi və idarəetmə” kafedrasının müdiri, i.ü.f.d., dosent Elvin Əlirzayev logistika və tədarük zəncirinin müasir biznes mühitində əhəmiyyətindən danışıb.
Daha sonra Popeyes Azərbaycan şirkətinin logistika və anbar müdiri Elçin Əhmədov anbar idarəetmə sistemləri, loqistik proseslərin optimallaşdırılması və tədarük zəncirinin effektiv təşkili ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Təlim zamanı real iş təcrübələri əsasında praktik nümunələr təqdim olunub.
İnteraktiv formatda təşkil olunan master-klasın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.





