“Könüllülükdən karyeraya” mövzusunda master-klas keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Gömrük işi və idarəetmə” kafedrasının təşkilatçılığı ilə “İnkişaf bələdçiləri” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində tələbələr üçün növbəti master-klass keçirilib. “Könüllülükdən karyeraya” mövzusunda keçirilən master-klas “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev tərəfindən təqdim edilib.
Tədbirdə Ayxan Allahverdiyev könüllülük fəaliyyətinin şəxsi inkişaf və peşəkar karyera yolunda rolu barədə fikirlərini bölüşüb. Görüş zamanı könüllülük fəaliyyətinin gənclərin sosial bacarıqlarının formalaşmasına, ictimai fəallığının artırılmasına və gələcək əmək fəaliyyətində uğur qazanmasına verdiyi töhfələrdən bəhs olunub.
Eyni zamanda, iştirakçılarla karyera planlaması, peşəkar inkişaf istiqamətləri, ictimai fəaliyyətə cəlb olunmanın əhəmiyyəti və uğurlu karyera yolunda praktiki təcrübələr ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.





