Baş səhifə
Xəbərlər
Akademiya
DGKA rəhbərliyi beynəlxalq və respublika konfranslarında iştirak edib

DGKA rəhbərliyi beynəlxalq və respublika konfranslarında iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ali təhsil və hərbi elm sahələrinə həsr olunmuş beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak edib.
Akademiya rəisi Azərbaycan Universitetində keçirilən “The Future of Higher Education: Global Perspectives, Local Impact” mövzusunda beynəlxalq konfransa qatılıb. İki gün davam edən tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlər, innovativ yanaşmalar və qlobal dəyişikliklərin lokal təsirləri müzakirə olunub. Konfransda 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspertlər iştirak ediblər.
Eyni zamanda, Qulu Novruzov və Akademiyanın tələbələri Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən “Müasir hərbi təhsil və hərb elminin inkişaf perspektivləri” mövzusunda 21-ci respublika elmi-praktik konfransında da iştirak ediblər.
Konfrans çərçivəsində keçirilən panel müzakirəsində çıxış edən Akademiya rəisi xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil və elmin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, ölkədə həyata keçirilən uğurlu dövlət siyasəti və son illərdə əldə olunan nailiyyətləri vurğulayıb.