Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın rəis müavini konfranslarda iştirak edib

DGKA-nın rəis müavini konfranslarda iştirak edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəis müavini, professor Cəmilə Namazova Bakı Biznes Universitetində Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş beynəlxalq konfransda, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gülüstan sarayında “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda iştirak edib.
Bakı Biznes Universitetində “Sosial-iqtisadi inkişafda dövlət-universitet-sənaye tərəfdaşlığının yeni modelləri” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda digər iştirakçılarla yanaşı rəis müavini Cəmilə Namazova da “Universitet-dövlət sənaye tərəfdaşlığı çərçivəsində təhsilin inkişafında sosial məsuliyyət və etik prinsiplərin müasir formaları” mövzusunda çıxış edib.