DGKA komandası Topçubaşov Məhkəmə Müsabiqəsinin qalibi olub
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələrindən ibarət komanda Azərbaycanda hüquq təhsili verən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən 2026 Topçubaşov Məhkəmə Müsabiqəsində qalib olub.
BDU Məhkəmə Müsabiqə Cəmiyyəti tərəfindən keçirilən, 33 komanda və 200-dən çox tələbənin qatıldığı yarışın final mərhələsi təcrübəli hüquqşünaslardan ibarət münsiflər heyətinin sədrliyi və iştirakı ilə baş tutub. “Məhəmməd Əmin Rəsulzadə” (ərizəçi) və “Fətəli xan Xoyski” (cavabverən) komandalarının qarşılaşdığı finalda DGKA komandası ərizəçi tərəfi təmsil edərək qalib olub.
Yarışda DGKA-nı təmsil edən tələbələr yüksək hüquqi bilik və arqumentasiya bacarıqları nümayiş etdirib.
Sonda qaliblər kubok, sertifikat və hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, müsabiqə ölkədə konstitusiya icraatı formatında keçirilən yeganə hüquqi yarışdır.




