Magistrantlar və elmi rəhbərlərlə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) sonuncu kurs magistrantlar və onların elmi rəhbərləri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov, əməkdaşlar, Akademiyanın sonuncu kurs magistrantları və onların elmi rəhbərləri iştirak ediblər.
Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək magistrantların elmi fəaliyyətinin əhəmiyyətini vurğulayıb, dissertasiya işlərinin keyfiyyətli hazırlanmasının vacibliyini qeyd edib. Həmçinin, magistrantların elmi-tədqiqat fəaliyyətinin cari vəziyyəti, dissertasiya işlərinin hazırlanması prosesi və qarşıda duran əsas vəzifələr müzakirə olunub.
Tədbirdə iştirak edən magistrantlar və elmi rəhbərlər tərəfindən fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.




