DGKA-da Novruz mövzusunda rəsm müsabiqəsi keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri arasında Novruz bayramına həsr olunmuş rəsm müsabiqəsi təşkil olunub. Müsabiqə çərçivəsində tələbələrin Novruz adət-ənənələrini, milli dəyərlərimizi və baharın gəlişini əks etdirən rəngarəng rəsm əsərləri nümayiş olunub.
Müsabiqənin əsas məqsədi tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq, milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və Novruz ənənələrinin təbliğinə töhfə vermək olub.
Akademiyanın əməkdaşları və tələbələri arasında keçirilən qiymətləndirmə nəticəsində qaliblər müəyyənləşdirilib:
I yer – Turanə Hüseynova (İnformasiya təhlükəsziliyi ixtisası, II kurs)
II yer – Mədinə Həsənova (Hüquqşünaslıq ixtisası, IV kurs)
III yer – Qənbər Mikayılov (Hüquqşünaslıq ixtisası, IV kurs)
Qalibləri təbrik edir, onlara uğurlar arzulayırıq!














