Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə "ASAN xidmət" arasında Anlaşma Memorandumu imzalanıb

DGKA ilə "ASAN xidmət" arasında Anlaşma Memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində Anlaşma Memorandumu imzalanıb.
Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən icra olunan layihənin IV “TUSİ” inkubasiya proqramının “Demo Day” tədbiri keçirilib. “Demo Day” tədbirində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, eləcə də ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbir çərçivəsində Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Sonra qonaqlar startap komandalarının layihələri ilə tanış olublar.
Tədbirdə rəsmilərin çıxışları dinlənilib, layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş etdirilib.