DGKA tələbələrinin hüquq bilik yarışında növbəti uğuru
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələrindən ibarət komanda Azərbaycanda hüquq təhsili verən 4 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən bilik yarışında yüksək nəticə göstərərək II yerə layiq görülüb.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Milli Aviasiya Akademiyasının tərəfdaşlığı ilə “Simurq Hüquq Olimpiadası” layihəsi çərçivəsində ölkəmizdə hüquqşünaslıq ixtisası üzrə təhsil verən ali təhsil müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.
6 komanda arasında keçirilən yarışın yekun nəticələrinə əsasən Dövlət Gömrük Komitəsinin Akademiyasını təmsil edən komanda əzmkarlıq və bilik nümayiş etdirərək ikinci yerə layiq görülüb.
Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunub.
Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunub.




