Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da süni intellekt əsaslı hüquqi axtarış platformasının təqdimatı keçirilib
DGKA-da süni intellekt əsaslı hüquqi axtarış platformasının təqdimatı keçirilib
2026-cı il fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə rəqəmsallaşma və süni intellekt üzrə müəyyən olunan prioritetlər çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) maarifləndirici tədbir təşkil olunub.
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Hüquqşünaslıq ixtisasının tələbələri üçün ELSA Azərbaycan və Milli Süni İntellekt Mərkəzi tərəfindən “Süni intellekt və hüquq: E-qanun.ai platforması ilə tanışlıq” mövzusunda təqdimat keçirilib.
Açılışda çıxış edən Akademiyanın “Gömrük işi və idarəetmə” kafedrasının müdiri, i.ü.f.d. Elvin Əlirzayev süni intelektin istifadə imkanlarından və bu istiqamətdə rast gəlinən çətinliklərdən bəhs edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən dəvət olunmuş təlimçi vəkil Nurlan Səfərov süni intellektin dünyada inkişaf perskektivlərindən və ölkə nümunələrində tətbiqi zamanı qarşlaşılan hüquqi məsələlərdən və mübahisələrin həllindən danışıb.
Milli Süni İntellekt Mərkəzinin əməkdaşı İbrahim Süleymanov isə çıxış edərək E-qanun.ai platformasının işləmə mexanizmini izah edib və saytdan birbaşa axtarış aparmağın və nəticələri təhlil etməyin yollarını göstərib.
Qeyd edək ki, layihə AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin dəstəyi ilə həyata keçirilir və əsas məqsədi süni intellektin hüquqa gətirdiyi yeniliklərin, yeni peşə imkanlarının, eləcə də “E-qanun.ai” platformasının imkanlarının tələbələrə çatdırılmasıdır.







