Tələbələrimizin İT sahəsi üzrə uğurları davam edir
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri İT sahəsi üzrə növbəti beynəlxalq sertifikatlara layiq görülüblər.
Akademiyanın “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbəsi Fəxrəddin Məşədizadə INE tərəfindən təqdim olunan Certified Threat Hunting Professional (eCTHP) sertifikatını qazanıb.
IV kurs tələbəsi Asif Əkbərli isə dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatı olan Beynəlxalq İnformasiya Sistemləri Təhlükəsizliyi Sertifikatlaşdırma Konsorsiumunun (ISC)² kibertəhlükəsizlik üzrə imtahanını uğurla keçərək beynəlxalq sertifikata layiq görülüb.
Qeyd edək ki, beynəlxalq sertifikatlar tələbələrin kibertəhlükəsizlik və şəbəkə təhlükəsizliyi sahəsində praktik bilik və bacarıqlarını rəsmi şəkildə təsdiqləyir, beynəlxalq peşəkar mühitdə tanınmasına xidmət edir.

