Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşları və tələbələri Gənclər Gününə həsr olunmuş konfransda iştirak ediblər

DGKA-nın əməkdaşları və tələbələri Gənclər Gününə həsr olunmuş konfransda iştirak ediblər

2026-cı ilin “Şəhərsalma və memarlıq ili” çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Hüquqi dövlətçilik və gənclər” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə digər ali təhsil müəssisələrinin, dövlət və hüquq qurumlarının nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları Yavər Məmmədova, Günel Xəlilli və bir qrup tələbəsi də iştirak edib.
Konfransda Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, eləcə də bir sıra dövlət və hüquq qurumlarının nümayəndələri çıxış ediblər.
Daha sonra proqramda nəzərdə tutulmuş mövzular üzrə çıxışlar dinlənilib, çıxışlarda gənclərin dövlət siyasətində mühüm və əhəmiyyətli rolu, onların hərtərəfli inkişafının təmin olunması məsələlərinə xüsusi diqqət yetirilib.