Baş səhifə
Xəbərlər
Akademiya
Vətən müharibəsi şəhidi Niyamin Niftalızadənin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Niyamin Niftalızadənin xatirəsi anılıb

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri Niftalızadə Niyamin Xaliq oğlunun doğum günündə xatirəsi anılıb. Dövlət Gömrük Komitəsinin Akademiyasının bir qrup əməkdaşı və tələbəsi Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, Vətən uğrunda canından keçən bütün şəhidlərin Azərbaycan tarixində əbədi yaşayacağını bildiriblər.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!