Baş səhifə
Xəbərlər
Akademiya
Təkrar ali təhsil üzrə DGKA-ya qəbul olunmuş tələbələrlə görüş keçirilib

Təkrar ali təhsil üzrə DGKA-ya qəbul olunmuş tələbələrlə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2025/2026-cı tədris ilində təkrar (ikinci) ali təhsil istiqaməti üzrə Hüquqşünaslıq və Beynəlxalq ticarət və logistika ixtisaslarına qəbul olunmuş tələbələrlə görüş keçirilib.
Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın tədris prosesi, tətbiq olunan müasir təhsil standartları və akademik mühit barədə məlumat verərək təhsil müddətində əldə ediləcək bilik və bacarıqların tələbələrin xidməti və əmək fəaliyyətlərinə önəmli töhfə verəcəyini əminliklə qeyd edib.
Qeyd edək ki, cari tədris ilində təkrar ali təhsil almaq üçün Gömrük Akademiyasına 40 nəfər qəbul olunub.