Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da prokurorluğa qəbul üzrə müsabiqəni uğurla keçmiş namizədlərlə görüş keçirilib

DGKA-da prokurorluğa qəbul üzrə müsabiqəni uğurla keçmiş namizədlərlə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının prokurorluq orqanlarına 2025-ci ildə ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyətlə keçmiş namizədlərlə görüş keçirilib.
Görüş iştirakçılarını salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov namizədləri əldə etdikləri uğur münasibətilə təbrik edib, prokurorluq orqanlarında xidmətin yüksək peşəkarlıq, prinsipiallıq və məsuliyyət tələb etdiyini vurğulayıb. Akademiya rəisi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun salamlarını da iştirakçılara çatdıraraq, bu cür görüşlərin gənc kadrların peşəkar inkişafı və motivasiyasının artırılmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli DGKA ilə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən söz açaraq, bu əməkdaşlığın gənc kadrların bilik və bacarıqlarının artırılmasına, həmçinin onların praktik hazırlığının gücləndirilməsinə böyük töhfə verdiyini bildirib.
Daha sonra Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova Akademiyanın fəaliyyəti, tədris və qiymətləndirmə prosesi, nailiyyətləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları ilə əlaqələr, gömrük əməkdaşları üçün potensialının gücləndirilməsi təlimləri və layihələr haqqında təqdimatla çıxış edib.
Sonda iştirakçılar Akademiyada yaradılan şəraitlə və Kinoloji Mərkəzlə yaxından tanış olublar.