Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbələri İT sahəsi üzrə beynəlxalq sertifikatlar qazanıblar

DGKA tələbələri İT sahəsi üzrə beynəlxalq sertifikatlar qazanıblar

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri İT sahəsi üzrə növbəti beynəlxalq sertifikatlara layiq görülüblər. Belə ki, Akademiyanın “İnformasiya təhlükəsizliyi” ixtisasının tələbələri Həmid Zəkiyev və İlkin Əliyev dünyanın beynəlxalq səviyyədə tanınan CRTA (Certified Red Team Analyst) sertifikatını, Aysel Lətifova Cyber Security Analyst (C3SA) sertifikatını, Gülyaz İsmayılzadə eJPT (Junior Penetration Tester) və eWPTX (Web Application Penetration Tester eXtreme) sertifikatlarını, Fəxrəddin Məşədizadə CCNA (Cisco Certified Network Associate) sertifikatını qazanıblar.
Həmçinin Fəxrəddin Məşədizadə ilə yanaşı Nuran Nuri, Mobil Mərdi və Rəvan Nəbiyev dünyanın aparıcı kibertəhlükəsizlik təşkilatı olan Beynəlxalq İnformasiya Sistemləri Təhlükəsizliyi Sertifikatlaşdırma Konsorsiumunun (ISC)² kibertəhlükəsizlik üzrə imtahanını uğurla keçərək beynəlxalq sertifikatlara layiq görülüblər.
Qeyd edək ki, bu beynəlxalq sertifikatlar tələbələrin kibertəhlükəsizlik və şəbəkə təhlükəsizliyi sahəsində praktik bilik və bacarıqlarını rəsmi şəkildə təsdiqləyir. Eyni zamanda, onların bilik və bacarıqlarının beynəlxalq peşəkar mühitdə rəsmi şəkildə tanınmasına xidmət edir.
Xatırladaq ki, 2025-ci il ərzində ümumilikdə 15 tələbəmiz İT sahəsi üzrə müxtəlif beynəlxalq sertifikatlar qazanıblar.