Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da gömrük işi üzrə tələbələr arasında debat keçirilib

DGKA-da gömrük işi üzrə tələbələr arasında debat keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Gömrük işi və idarəetmə” kafedrasının təşkilatçılığı ilə “İqtisadiyyat” və “Beynəlxalq ticarət və logistika” ixtisaslarının III kurs tələbələri arasında gömrük işi mövzusunda debat təşkil edilib. “Gömrük işinin təşkili və menecmenti” fənni üzrə təşkil edilən debatda kafedranın həmin fənn üzrə müəllimi gömrük xidməti kapitanı Mehri Tağıyeva da iştirak edib.
Debat gömrük işinin müxtəlif sahələri üzrə praktiki məsələlərin tələbələr tərəfindən qısa və əsaslandırılmış şəkildə izah olunması və bilik-bacarıqlarının qiymətləndirilməsinə həsr edilib. Bu məqsədlə debat çərçivəsində “Yaşıl dəhliz iştirakçısı”, “Mobil telefon idxalı”, “Gömrük ödənişlərinin düzgün hesablanması”, “Mənşə ölkəsi”, “Müvəqqəti idxal proseduru” və “Nazirlər Kabinetinin müvafiq qərarları” mövzularında kazuslar təqdim olunub.
Daha sonra qruplar real kazuslar əsasında hazırlanmış hər mövzu üzrə arqumentlərini əsaslandırmağa çalışıblar. Qarşılıqlı sual-cavab və müzakirələrlə zəngin olan tədbir tələbələrin “Gömrük işinin təşkili və menecmenti” fənnindən əldə etdiyi nəzəri biliklərin və praktiki təhlil vərdişlərinin qiymətləndirilməsinə imkan yaradıb