Baş səhifə
Xəbərlər
Akademiya
Tələbələrimiz Xalq yazıçısı ilə keçirilən görüşdə iştirak ediblər

Tələbələrimiz Xalq yazıçısı ilə keçirilən görüşdə iştirak ediblər

Tələbələrimiz Xalq yazıçısı ilə keçirilən görüşdə iştirak ediblər
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Qonağımız var” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüş keçirilib. H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzində keçirilən görüşdə rəsmilər, elm, mədəniyyət, incəsənət xadimləri, ziyalılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri də iştirak ediblər.
Aparıcı görkəmli yazıçının həyat və yaradıcılığından danışaraq Anarın Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında mühüm xidmətlərini vurğulayıb. Qeyd olunub ki, onun əsərləri bu gün də maraqla oxunur və bir çox dillərə tərcümə edilib.
Xalq yazıçısı çıxışında görüşün təşkilinə və səslənən xoş fikirlərə görə minnətdarlığını bildirib. O, müasir Azərbaycan və dünya ədəbiyyatının problemlərindən söz açaraq maraqlı mövzulara toxunub, tələbə-gənclərə bədii ədəbiyyat oxumağı tövsiyə edib.
Daha sonra iştirakçıların suallarını cavablandırıb, xatirə şəkilləri çəkdirilib.