Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da İT karyera proqramı ilə bağlı infosessiya keçirilib

DGKA-da İT karyera proqramı ilə bağlı infosessiya keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələr üçün “IT SkillSprint: İT sahəsində karyerana başla” mövzusunda infosessiya keçirilib.
Tədbirdə İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının dosenti Asif Qanbayev çıxış edərək proqramın gənclərin rəqəmsal bacarıqlarının inkişafı və əmək bazarına uyğun kadrların hazırlanması baxımından əhəmiyyətini qeyd edib.
“Coders Azerbaijan”ın icraçı direktoru Riyad Ağazadə proqramın məqsədləri və tələbələr üçün yaratdığı karyera imkanları barədə məlumat verib. Qeyd olunub ki, proqram İT-nin 4 əsas istiqamətini əhatə edir, hibrid “bootcamp” formatında keçirilir və məzunlara “Ironhack” şirkəti tərəfindən sertifikat təqdim olunur. Proqram III kursun 2-ci yarımilində oxuyan, 400+ balla universitetə daxil olmuş bütün tələbələr üçün nəzərdə tutulub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıb.