DGKA tələbələri “İƏT Mədəniyyət Festivalı”nda iştirak ediblər
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İƏT-in birgə təşkilatçılığı, Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçirilib. Festival çərçivəsində mədəni əməkdaşlıq və yaradıcı sənayelərin inkişafına dair tədbirlər keçirilib.
Festivalda Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) TGT sədri Osman Müşəyev və sədr müavini Oruc Abbasov fəal iştirak edərək təşkilati proseslərə və əməkdaşlıq müzakirələrinə töhfə veriblər.




