Baş səhifə
Xəbərlər
Akademiya
DGKA tələbəsi təhlükəsizlik mövzusunda elmi-praktiki konfransda çıxış edib
DGKA tələbəsi təhlükəsizlik mövzusunda elmi-praktiki konfransda çıxış edib
Azərbaycan Dillər Universitetində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzin və ATGTİ-nin birgə təşkilatçılığı ilə “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda digər çıxışçılarla yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisasının III kurs tələbəsi Məsumə Cəbrayılzadə “Hüquq və təhlükəsizlik sahəsində tələbələrin hazırlığı” mövzusunda məruzə ilə çıxış edib. O, mövzu üzrə tələbələrin bilik və bacarıqlarının artırılmasının, tələbələrin bu istiqamətdə daha sistemli şəkildə maarifləndirilməsinin önəmini qeyd edib.
Tədbirin sonunda aktiv iştirak edən tələbələr sertifikatlarla təltif olunublar.


