DGKA-nın tələbəsi məqalə müsabiqəsinin qalibi olub
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbəsi Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən 2025-ci ilin "Konstitusiya va Suverenlik ili" elan edilməsi, eləcə də prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar hüquqi mövzuda keçirilən məqalə müsabiqəsində uğur qazanıb. Belə ki, Akademiyanın “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbəsi Mədinə Həsənova "Prokurorluq və hüquqi dövlət" mövzusunda təqdim etdiyi məqalə ilə müsabiqənin qalibi olub.

