Baş səhifə
Xəbərlər
Akademiya
Tələbələrimiz “Xploit Academy”nin proqramlarından məzun olublar

Tələbələrimiz “Xploit Academy”nin proqramlarından məzun olublar

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri “Xploit Academy”nin həm kibertəhlükəsizlik, həm də IT üzrə intensiv tədris proqramlarından (Red Team, Blue Team, Quality Assurance) məzun olublar. Bu münasibətlə “Xploit Academy”nin təşkil etdiyi məzuniyyət tədbirində digər iştirakçılarla yanaşı Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının dosenti Asif Qanbayev və proqramdan məzun olan Akademiya tələbələri də iştirak ediblər.
Məzun günündə çıxış edən “Xploit Academy”nin həmtəsisçisi Tural Mursalov tədris proqramları haqqında məlumat verərək məzunlara göstərilən dəstəkdən bəhs edib.
Tədbirdə çıxış edən Akademiyanın şöbə rəisi İslam Hüseynov tələbələrin bu cür təlim layihələrində iştirakının önəmini vurğulayaraq Akademiyanın tərəfdaşı olan “Xploit Academy”ilə qurulan səmərəli əməkdaşlıq əlaqələrinin inkişafından bəhs edib.
Sonda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.