Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşları "Qarabağ KOB-ları layihəsi"nin tədbirində iştirak ediblər
DGKA-nın əməkdaşları "Qarabağ KOB-ları layihəsi"nin tədbirində iştirak ediblər
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin birgə tərəfdaşlığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları layihəsi"nin 2025-ci ildə icrasına dair tədbir keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəis müavini prof. Cəmilə Namazova və “Gömrük işi və idarəetmə” kafedrasının müdiri i.ü.f.d. Elvin Əlirzayev də iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Milli Məclisin sədr müavini Musa Qasımlı və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışlarında şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsi, məşğulluğu və layihənin sosial-iqtisadi əhəmiyyətini vurğulayıblar.
Tədbir çərçivəsində şəhid övladlarının rəsm əsərlərinin xeyriyyə auksionu da keçirilib.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif regionlardan olan 47 şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısı biznes təlimlərinə cəlb edilərək Dövlət Məşğulluq Agentliyi tərəfindən seçdikləri istiqamət üzrə avadanlıqlarla təmin edilib.








