“2026: İqtisadi gözləntilər” mövzusunda master-klas keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) “Gömrük işi və idarəetmə” kafedrasının təşkilatçılığı ilə Akademiyanın “İqtisadiyyat” və “Beynəlxalq ticarət və logistika” ixtisaslarının tələbələri üçün “2026: İqtisadi gözləntilər” mövzusunda master-klas keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən kafedra müdiri i.ü.f.d. Elvin Əlirzayev qlobal iqtisadi dəyişikliklər fonunda dünya ölkələrinin qarşılaşacağı çətinliklər və regionların inkişaf proqnozları barəsində bəhs edib.
Tədbirdə məruzəçi kimi çıxış edən Akademiyanın müəllimi Həsən Rəhimli tələbələrə Azərbaycanın növbəti ilin makroiqtisadi göstəricilərini beynəlxalq təşkilatlar, eləcə də dövlət qurumlarının inkişaf proqnozları nümunələrində izah edib. Həmçinin, neft qiymətlərinin azalacağı proqnozunun iqtisadi göstəricilərə təsirindən də bəhs olunub.
Akademiyanın müəllimi Məmməd Talıblı isə 2026-cı ilin dövlət büdcəsinin əsas gəlir-xərc istiqamətlərini təhlil edərək vergi-gömrük daxilolmalarının strukturunu müzakirə edib. O, növbəti ilin dövlət büdcəsi xərclərinin 41,5 milyard manatdan çox olacağının proqnozlaşdırıldığını qeyd edərək dövlət büdcəsindən iqtisadiyyat, təhsil, səhiyyə və elmə ayrılan vəsaitlərdən də bəhs edib.
Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.







