Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın “Brend tələbə”ləri mükafatlandırılıb

DGKA-nın “Brend tələbə”ləri mükafatlandırılıb

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) AzEdu.az təhsil portalı və ali təhsil müəssisələrinin birgə əməkdaşlığı ilə reallaşdırılan “Brend tələbə” layihəsi çərçivəsində seçilən tələbələrin mükafatlandırılma tədbiri keçirilib.
Tədbir iştirakçılarını salamlayan Akademiyanın rəis müavini Cəmilə Namazova tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, onların motivasiyasının artırılması istiqamətində həyata keçirilən bu cür layihələri yüksək qiymətləndirərək “Brend tələbə” adına layiq görülən tələbələri təbrik edib onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.
Tədbirdə çıxış edən AzEdu.az təhsil portalının direktoru Ləman Novruzova layihənin 3 ildir həyata keçirildiyini, 29 universiteti əhatə etdiyini bildirərək tələbə seçimində akademik göstəricilər, ictimai fəallıq və sosial təşəbbüslərin əsas götürüldüyünü qeyd edib.
Daha sonra layihəyə seçilən tələbələr çıxış edərək onlara göstərilən etimada görə təşəkkürlərini bildiriblər.
Sonda isə xüsusi meyarlara uyğun seçilərək 2024/2025-ci tədris ili üzrə “Brend tələbə” adını qazanan Akademiyanın 10 tələbəsi təltif olunub.
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Brend tələbə” statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:
1. Məsumə Cəbrayılzadə- Hüquqşünaslıq ixtisası
2. Aybəniz Gözəlova- Hüquqşünaslıq ixtisası
3. Ləman Əlicanova- Hüquqşünaslıq ixtisası
4. Ayla Ədilova-Hüquqşünaslıq ixtisası
5. Toğrul İsmayılov-Beynəlxalq ticarət va logistika ixtisası
6. Osman Müşəyev- Beynəlxalq ticarət va logistika ixtisası
7. Zaur Həsənxanlı- İqtisadiyyat ixtisası
8. Asif Əkbərli-İnformasiya təhlükəsizliyi ixtisası
9. Sineyvər Əhmədova- İnformasiya texnologiyaları ixtisası
10. Ellada Abdinova-Beynəlxalq ticarat va logistika ixtisası