Baş səhifə
Xəbərlər
Akademiya
Tələbələrimiz İT sahəsi üzrə beynəlxalq sertifikatlar qazanıblar

Tələbələrimiz İT sahəsi üzrə beynəlxalq sertifikatlar qazanıblar

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələri İT sahəsi üzrə beynəlxalq sertifikatlara layiq görülüblər. Belə ki, Akademiyanın “İnformasiya təhlükəsizliyi” ixtisasının II kurs tələbələri Nəzrin Tahirzadə və Nuran Nuri dünyanın beynəlxalq səviyyədə tanınan CRTA (Certified Red Team Analyst) sertifikatını, həmin ixtisasın IV kurs tələbəsi Qurban Xaniyev CompTIA (Computing Technology Industry Association), “İnformasiya texnologiyaları” ixtisasının II kurs tələbəsi Pəri Məmmədli isə Oracle Certified Foundations Associate sertifikatlarını uğurla əldə ediblər.
Qeyd edək ki, CRTA (Cybersecurity Red Team Analyst) - CyberWarFare Labs tərəfindən verilən 6 saatlıq praktiki imtahanla təsdiqlənən beynəlxalq səviyyədə tanınmış bir sertifikatdır. Bu sertifikat Red Team fəaliyyətlərini, yəni hücum yönümlü kibertəhlükəsizlik təcrübələrini peşəkar səviyyədə həyata keçirmək bacarığını təsdiq edir. CompTIA sertifikatı IT mütəxəssislərinin biliklərini universal standartlara əsasən yoxlayır, Oracle Certified Foundations Associate sertifikatı isə Oracle texnologiyaları, bulud infrastrukturu və məlumat bazası prinsiplərində bilikləri təsdiqləyən IT sahəsinə giriş üçün nəzərdə tutulmuş sertifikatdır.