DGKA ilə Azera Holdinq arasında Memorandum imzalanıb
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Azera Holdinq arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda tərəflər arasında qarşılıqlı şəkildə təlim və tədrisin təşkili, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ölkənin özəl sektorunda 20 ilə yaxın təcrübəyə malik Azera Holdinqə səhiyyə, kənd təsərrüfatı, iaşə xidmətləri, kosmetologiya, qida, təhlükəsizlik sahələrində keyfiyyətli fəaliyyəti ilə seçilən 30-a yaxın şirkət daxildir.




