Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da Hüquq və İnsan Haqları İnstitutunun rəqəmsal layihələri təqdim edilib

DGKA-da Hüquq və İnsan Haqları İnstitutunun rəqəmsal layihələri təqdim edilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Hüquq və İnsan Haqları İnstitutunun rəqəmsal təşəbbüsləri” mövzusunda təqdimat keçirilib.
Tədbir çərçivəsində İnstitutun Mətbuat və beynəlxalq əlaqələr üzrə şöbə müdiri İlqar Ağasiyev və İnstitutun hüquq tədqiqatçısı Araz Abdullasoy tələbələrə qurumun əsas fəaliyyət istiqamətləri, virtual kitabxana imkanları, nəşrləri, rəqəmsal insan hüquqları resurs xəritəsi, PASS platforması, E-lüğət, “İnsan hüquqlarına giriş” onlayn kursu haqqında ətraflı məlumat veriblər.
Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb.