Baş səhifə
Xəbərlər
Akademiya
DGKA ilə Polis Akademiyası arasında debat keçirilib

DGKA ilə Polis Akademiyası arasında debat keçirilib

Polis Akademiyasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İnsan hüquqlarının beynəlxalq müdafiəsi dövlət suverenliyinə müdaxilə hesab edilə bilərmi?” mövzusu üzrə debat yarışı keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova və Akademiyanın tələbələri iştirak ediblər.
Polis Akademiyasının Dövlət və hüquq nəzəriyyəsi kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc hüquqşünas” kursant elmi dərnəyinin üzvləri ilə DGKA-nın tələbələri arasında keçirilən yarış gənclərin analitik düşüncəsini, vətənpərvərlik ruhunu inkişaf etdirmək və hər iki Akademiya arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyıb.
Debatda tərəflər təsdiq və inkar olmaqla iki komandaya bölünüb, hər iki Akademiyadan 3-ü əsas olmaqla, 7 nəfər iştirak ediblər. Daha sonra debatın müzakirə hissəsində müxtəlif hüquqi mövzular üzrə məruzələr təqdim edilib, çıxışlar üzrə geniş fikir mübadiləsi aparılıb.
İştirakçıların nəticələri münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra qalibin Azərbaycan gəncliyi və elminin olduğu vurğulanaraq hər iki komandanın üzvlərinə Polis Akademiyasının rəhbərliyi adından “Konstitusiya və Suverenlik ili”ni özündə əks etdirən xatirə hədiyyələri və sertifikatlar təqdim edilib.