Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşları və tələbələri Zəfər Gününə həsr edilmiş konfranslarda iştirak ediblər
DGKA-nın əməkdaşları və tələbələri Zəfər Gününə həsr edilmiş konfranslarda iştirak ediblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəis müavini Cəmilə Namazova, Akademiyanın Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova və Akademiyanın tələbələri 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda keçirilən elmi-nəzəri konfranslarda iştirak ediblər.
FHN Akademiyasında “Zəfər. Təhlükəsizlik fəlsəfəsi: Milli gücün və dövlət iradəsinin təntənəsi” mövzusunda keçirilən konfransda digər çıxışçılarla yanaşı Akademiyanın rəis müavini Cəmilə Namazova da çıxış edərək Zəfər Gününün tarixi əhəmiyyətindən, milli qürurun və dövlətçiliyin möhkəmlənməsində əhəmiyyətindən bəhs edib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı respublika elmi-nəzəri konfransında da Vətən müharibəsinin hərbi-siyasi nəticələri, post-müharibə dövründə təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və milli birliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.





