Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşı və tələbələri Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilən tədbirdə iştirak ediblər

DGKA-nın əməkdaşı və tələbələri Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirilən tədbirdə iştirak ediblər

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının 5-ci ildönümü münasibətilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində “Gənclərin gözü ilə: Zəfər, tarix, hüquq və ədalət” mövzusunda çıxış formatlı müsabiqə təşkil edilib. Digər ali təhsil müəssisələrinin professor-müəllim heyətinin, tələbə və kursantlarının, eləcə də prokurorluq əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Əlavə təhsil şöbəsinin böyük mütəxəssisi Yavər Məmmədova və Akademiyanın tələbələri iştirak ediblər
44 günlük Vətən müharibəsindəki Qələbənin əhəmiyyətinin gənclər arasında daha dərindən təbliği məqsədilə keçirilən tədbirdə Akademiyanın Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Əminə Əhmədova “Qanla yoğurulan, ruhla yazılan müqəddəs dastan – AZADLIQ!” mövzusunda məruzə ilə çıxış edib.
Çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib və müsabiqənin nəticələrinə uyğun olaraq iştirakçılara nominasiyalar təqdim olunub.