DGKA rəhbərliyi müəllimləri təbrik edib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü qeyd olunub. Akademiyanın rəhbərliyi bu münasibətlə professor-müəllim heyətini təbrik edib.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov müəllimlərin gənc nəslin formalaşmasındakı müstəsna rolunu vurğulayaraq, onların fədakar əməyinin daim yüksək qiymətləndirildiyini bildirib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun təbriklərini də Akademiyanın professor-müəllim heyətinə çatdıran Qulu Novruzov müəllimlərə şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb.









