Baş səhifə
Xəbərlər
Akademiya
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Quliyev Rəşad Rəşid oğlunun və l Qarabağ müharibəsi şəhidi Məmmədov Bəhmən Fərman oğlunun anım mərasimi keçirilib. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində keçirilən tədbirdə şəhidlərimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, müxtəlif dövlət müəssisələrinin nümayəndələri və digər iştirakçılarla yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Akademiyanın Katibliyinin rəisi Azər Seyidov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, səbir diləyib, dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirib.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!