Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın kollektivi və tələbələri Anım Günü ilə əlaqədar şəhidlərimizi ziyarət ediblər

DGKA-nın kollektivi və tələbələri Anım Günü ilə əlaqədar şəhidlərimizi ziyarət ediblər

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri 27 sentyabr- Anım Günü ilə əlaqədar II Fəxri xiyabanda, Sabunçu rayonu Maştağa qəsəbəsində, Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərək önlərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyub, əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov şəhid ailələrinə başsağlığı verərək onların qəhrəman övladlarının hər zaman Azərbaycan xalqının tarixində əbədi yaşayacağını bildirib.
Allah rəhmət eləsin!
Şəhidlər ölməz, Vətən bölünməz!